Avq 20, 2020 23:20 Asia/Baku
  • Həzrət Əbülfəzl Abbasın (ə) hərəmi matəm əyyamına hazırdır + Foto

Kərbəla şəhərində Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində Məhərrəm-Səfər əyyamının növbəti ildönümü münasibətilə matəm hazırlıqlarını başa çatdırıb.

SəhərAzəri Deyerler-ə istinadla xəbər verir, matəm hazırlıqları çərçivəsində müqəddəs ziyarətgahın qızılı tağının önündəki sütunlar qaraya bürünüb. Bundan başqa bütün sütunlu dəhlizlər, eyvanlar, günbəz və minarələrinə qara bayraqlar asılıb.

Bu gecə müqəddəs ziyarətgahın qızılı günbəzinin üzərindən dalğalandırılacaq “Ey Kərbəlada susuz su verən” ifadəsi yazılmış qara bayrağın da hazırlandığı bildirilib. Məhərrəm ayının ilk gecəsi Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində asılacaq qara bayrağın uzunluğunun 3.5 metr, eninin isə 2.5 metr olduğu bildirilib.

Müqəddəs ziyarətgahın daxilində keçiriləcək matəm məclislərində insanların sosial məsafələri qorumaq üçün yerə sərilən qırmızı xalçalar üzərində nişanlar da qoyulub.

Xatırladaq ki, İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Sistani 20 avqustun zilhiccə ayının sonuncu günü olduğunu, 21 avqust 2020-ci ilin isə, hicri 1442-ci ilin məhərrəm ayının ilk günü olduğunu açıqlayıb.

Teqlər