Kərbəla matəm libasını geyindi: İmam Hüseynin (ə) əza bayrağı qaldırıldı + Foto
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366260-kərbəla_matəm_libasını_geyindi_İmam_hüseynin_(ə)_əza_bayrağı_qaldırıldı_foto
Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarında Məhərrəm ayının daxil olması münasibətiylə bu axşam (20 avqust) türbələrin günbəzindəki qırmızı bayraqlar matəm rəmzi olan qara bayraqlarla dəyişdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2020 19:52 Asia/Baku
  • Kərbəla matəm libasını geyindi: İmam Hüseynin (ə) əza bayrağı qaldırıldı + Foto

Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarında Məhərrəm ayının daxil olması münasibətiylə bu axşam (20 avqust) türbələrin günbəzindəki qırmızı bayraqlar matəm rəmzi olan qara bayraqlarla dəyişdirilib.

SəhərAzəri İmamhussain-ə istinadla xəbər verir, mərasim koronavirus pandemiyasının başlaması nəticəsində Ali Dini Qurumun və Səhiyyə qurumlarının verdiyi təlimatları icra olunaraq həyata keçirilib.

Hər iki müqəddəs ziyarətgahın ümumi katibliyi İraqın hazırkı sağlamlıq vəziyyəti və səlahiyyətli orqanların çağırışına diqqət edilməsi səbəbiylə bu il Məhərrəm ayının birinci gününün gecəsində müqəddəs hərəmlərdəki bayraqların matəm bayraqları ilə əvəzlənməsi mərasimində ancaq Kərbəla sakinləri iştirak edib.