Avq 28, 2020 21:18 Asia/Baku
  • Dünyanın 18 şəhərində Netanyahuya qarşı aksiyalar keçiriləcək

Dünyanın 18 şəhərində sionist rejimin baş nazirinə qarşı aksiyalar keçiriləcək.

SəhərAzəri xəbər verir, Sionist rejimin baş nazirinin korrupsiya işlərinə və bu rejimin nazirlər kabinetinin fəaliyyətinə qarşı etirazların təşkilatçıları bildiriblər ki, dünyanın 18 şəhərində Benyamin Netanyahuya qarşı aksiyalar keçiriləcək.

İştirakçılarının sayı günü-gündən artan Netanyahuya qarşı etiraz hərəkatının fəaliyyəti qarşıdakı günlərdə də davam edəcək.

Bu hərəkat bir neçə ay bundan qabaq, Netanyahunun nazirlər kabinetinin koronavirus pandemiyası ilə mübarizədəki zəif fəaliyyətindən, həmçinin məhkəmədə onun korrupsiya işlərinə baxılması prosesinin başlanmasından sonra fəaliyyətə başlayıb.

Ötən həftələrdə Amerikada, həmçinin digər ölkələrdə yaşayan sionistlər işğal olunmuş Fələstindəki bir neçə min nəfərlik aksiyaların iştirakçıları ilə həmrəylik əlaməti olaraq, etiraz aksiyaları keçirib və onlarla səs-səsə verərək, Netanyahunun sionist rejimin baş naziri vəzifəsindən istefa verməsini tələb ediblər.

Son həftələrdə Təl-Əviv və qəsb edilmiş Qüds də daxil olmaqla işğal olunmuş Fələstinin müxtəlif şəhərlərinin sakinləri aksiyalar keçirməklə Netanyahunun siyasətlərinə, o cümlədən qərb sahilinin otuz faizlik işğalı planı, koronavirusla mübarizə bəhanəsilə təhlükəsilzik qüvvələrinin ixtiyarlarının artırılması, həmçinin onun korrupsiya işlərinə etiraz ediblər.

Netanyahu dörd korrupsiya işi ilə əlbəyaxadır. Bu cinayət işləri medialarda min, iki min, üç min və dörd min işləri kimi tanınıbdır.

Teqlər