İlk dəfə olaraq sionist rejim və BƏƏ arasında rəsmi memorandum imzalanıb
İlk dəfə olaraq sionist rejimdən birbaşa BƏƏ-ə uçan rəsmi nümayəndə heyəti Əbu-Dabi rəhbərliyi ilə memorandum imzalayıb.
SəhərAzəri Sputnik-Arabic-ə istinadla xəbər verir, bu barədə sionist rejimin baş naziri Benyamin Netanyahu açıqlama verib.
Sionist rejimdən BƏƏ-ə gedən ilk rəsmi nümayəndə heyətinin işindən danışan B. Netanyahu bildirib ki, qarşılıqlı şəkildə sərmayələrin cəlb edilməsi üçün maliyyə sahəsi üzrə tərəflər arasında rəsmi memorandum imzalanıb.
sionist rejim baş naziri əlavə edib ki, bu anlaşma tərəflərin qarşılıqlı investisiyanın qoyulması sahəsində olan maneələri aradan qaldıracaq.
Qeyd edək ki, bu səfərdə sionist rejimi Benyamin Netanyahunun müavini, ABŞ prezidenti Donald Trampın müşaviri Carid Kuşner təmsil edir. Bu ilk dəfədir ki, əlaqələrin rəsmiləşməsilə bağlı razılaşmadan sonra tərəflər qarşılıqlı rəsmi memorandum imzalayırlar.