Səud koalisiyası qadağan olunmuş bombalarla Yəməni bombalamaqda davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366761-səud_koalisiyası_qadağan_olunmuş_bombalarla_yəməni_bombalamaqda_davam_edir
BMT bir məlumatda bildirib ki, səud koalisiyası Yəmənin Əlhudəydə şəhərinə qarşı hücumlarında qadağan olunmuş kasset bombalarından istifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2020 14:30 Asia/Baku
  • Səud koalisiyası qadağan olunmuş bombalarla Yəməni bombalamaqda davam edir

BMT bir məlumatda bildirib ki, səud koalisiyası Yəmənin Əlhudəydə şəhərinə qarşı hücumlarında qadağan olunmuş kasset bombalarından istifadə edir.

SəhərAzəri xəbər verir, MT bu məlumatda təcavüzkar səud koalisiyasının həmin hərəkətini tənqid edib.

Kasset bombalarından istifadə, 2008-ci ildə qəbul olunmuş kasset sursatları konvensiyasına əsasən, qadağandır.

Təcavüzkar səud koalisiyasının qırıcılari Yəmən şəhərlərini bombalamaq üçün indiyədək dəfələrlə kasset bombalarından istifadə ediblər.

Beynəlxalq Amnistiya Təşkilatı son zamanlar xəbərdarlıq edibdir ki, Yəməndə açılmamış kasset bombalarının olması bu ölkənin bəzi bölgələrini «mina meydanları»na çeviribdir.