Sen 03, 2020 09:04 Asia/Baku
  • Suriya HHM qüvvələri sionist rejimin raket hücumunu dəf ediblər

Suriya ordusunun Hava Hücumundan Müdafiə qüvvələri dünən gecə sionist rejimin raket hücumunu dəf ediblər.

SəhərAzəri xəbər verir, Bu raket hücumu Suriyanın mərkəzindəki Hums vilayətində yerləşən «T-4» hərbi hava limanına qarşı yönəlibmiş.

Suriya ordusunun Hava Hücumundan Müdafiə qüvvələri bu hava limanının üzərində bir neçə raketi izləyərək, məhv ediblər.

Suriya ordusu bildiribdir ki, sionist rejim qırıcıları Əl-Tənf bölgəsi tərəfindən «T-4» hərbi hava limanına tərəf bir neçə hava-yer tipli raket atıblar.

Bu hücum tələfat törətməyibdir.

Tədmur və ya Palmira şəhərinin qərbində yerləşən «T-4» hərbi hava limanı, regionda terrorçu qruplarla mübarizənin ən əsas mərkəzidir.

Sionist rejim daima terrorçulara dəstək vermək üçün Suriya ordusunun mövqeləri və infrastrukturlarını hədəfə alır.

Teqlər