ABŞ Suriyanın şimalına daha 52 hərbi texnika göndərib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366878-abŞ_suriyanın_şimalına_daha_52_hərbi_texnika_göndərib
ABŞ qüvvələri İraqın şimalından Suriyanın şimal-şərqində yerləşən Həsəka əyalətinə daha 52 hərbi texnika aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2020 13:16 Asia/Baku
  • ABŞ Suriyanın şimalına daha 52 hərbi texnika göndərib

ABŞ qüvvələri İraqın şimalından Suriyanın şimal-şərqində yerləşən Həsəka əyalətinə daha 52 hərbi texnika aparıb.

SəhərAzəri xəbər verir, bu barədə yerli mənbələr məlumat veriblər. 

Bildirilib ki, ABŞ qüvvələri növbəti qeyri-qanuni addımları fonunda İraq-Suriya sərhədində yerləşən əl-Vəlid keçidindən 52 hərbi texnikanı Suriyanın Həsəka əyalətinə keçiriblər.

Mənbə bildirib ki, son ildə minlərlə yük maşını silah-sursat və logestik təchizatı İraqın şimalından Suriyanın şimalında daşıyıblar.

Qeyd edək ki, hazırda ABŞ və onun dəstəklədiyi kürd bölmələri Suriyada Fəratın şərqini nəzarətdə saxlayırlar.