Dünya ictimaiyyəti fələstinlilərin evləri və mülklərinin dağıdılması qarşısında susur
Bir fələstinli insan haqları müəssisəsi vurğulayıb ki, dünya ictimaiyyəti fələstinlilərin evləri və mülklərinin dağıdılması qarşısında susur.
SəhərAzəri xəbər verir, «Əlhəqq» fələstinli insan haqları müəssisəsi bildirib ki, Qüdsdə və Qərb sahilində fələstinlilərin evlərinin müsadirə olunması və dağıdılmasının şiddətlənməsi dünya ictimaiyyətinin Qüdsü işğal etmiş rejimi beynəlxalq qərarlar və qətnamələri icra etməyə məcbur etməkdə uğursuz qalmasının nişanəsidir.
«Əlhəqq» fələstinli insan haqları müəssisəsi dünən sonra bildirib: Son aylar, xüsusən Qüdsdə, fələstinlilərin təsisatlarının işğalçılar tərəfindən dağıdılmasından misli görünməmiş bir dalğa baş qaldırıb. İşğalçı rejim hərbçiləri tərəfindən cari milad ilinin ilk yarısında dağıdılmış təsisatların sayı, orta hesabla ayda otuz bir hal olub və bu müddətdə fələstinlilərə aid olan 186 ev və ya təsisat sionist rejim tərəfindən dağıdılıbdır.
Əlhəqq müəssisəsi sionist rejimin fələstinlilərin evləri və digər mülklərini dağıtmaq üzrə hərəkətlərinin şiddətlənməsini bu rejimin qərb sahilinin işğal olunmuş ərazilərə qatılmasına dair planının icrası istiqamətində dəyərləndirib və belə qeyd edib: Amerikanın siyasətləri və sionist rejimin dünya ictimaiyyəti tərəfindən məsuliyyətə cəlb olunmaması bu rejimi öz qanun pozuntularını davam etdirməkdə daha da həyasızlaşdırıbdır.