Ərəb Liqasının iclası qəsbkar rejimlə sazişi pisləmədən işini başa vurdu
Ərəb Liqasının iclası əmirliklərin qəsbkar rejimlə sazişini pisləmədən işini başa vurub.
Səhər Azəri xəbər verir, Ərəb Liqasının xarici işlər nazirləri iclası bəzi nazirlərin sabotajlarına görə, ərəb ölkələrinin işğalçı sionist rejimlə hər cür sazişini pisləyən qətnamə qəbul etməkdə uğursuz qalıb.
Ərəb Liqasının iclasında bir qrup ərəb ölkəsi əmirliklərin sionist rejimlə münasibətlərinin adiləşdirilməsinə qarşı Fələstinin təqdim etdiyi qətnamə layihəsini uğursuz qoydu.
Bu qətnamə layihəsində deyilir: Əmirliklər-Amerika-sionist rejim üçtərəfli sazişi ərəblərin Fələstin məsələsi barədəki ümumi rəyinə zərbə vura bilməz.
ABŞ prezidenti Donald Trampın əmirliklərlə sionist rejim arasındakı münasibətləri adiləşdirmək prosesini asanlaşdırmaq üzrə səylərinin ardınca avqustun on üçündə Əbu-Dəbi və Təl-Əviv diplomatik münasibətlərin tam şəkildə adiləşdirilməsi barədə sazişə gəldilər.
Əmirliklərin sionist rejimlə münasibətləri adiləşdirmək üzrə hərəkəti bir çox islami ölkə və fələstinli müqavimət qrupu tərəfindən pislənibdir.
Əmirliklərlə sionist rejim arasında münasibətlərin adiləşdirilməsi sazişinin imzalanması mərasimi gələn həftənin çərşənbə axşamı günü Ağ Ev-də keçirilməlidir.