Fələstin xalqına yeni bir xəyanət;
Trump Bəhreyn ilə Sionist rejim arasındakı münasibətlərin normallaşdığını elan etdi
ABŞ Prezidenti Bəhreynlə Sionist rejim arasındakı münasibətlərin normallaşdığını elan edib.
SəhərAzəri xəbər verir, Bəhreyn və Sionist rejimin münasibətləri normallaşdırmağa razı olduqlarını açıqlayan ABŞ Prezidenti Donald Tramp bunu başqa bir tarixi hadisə adlandırıb.
Donald Tramp Twitter səhifəsində yazıb: Bu gün yeni bir tarixi açılış oldu, İki böyük dost, İsrail və Bəhreyn barışıq razılığına gəldilər. Bəhreyn 30 gün ərzində İsrail ilə barışan ikinci ərəb ölkəsidir.
ABŞ Prezidenti, ABŞ, İsrail və Bəhreyndən üçtərəfli bir açıqlama yayib və münasibətləri normallaşdırmaq üçün bu razılaşmanın təfərrüatlarını açıqlayıb.
Bəyanatda deyilir: “Bu, Orta Şərqdə sülh üçün tarixi bir açılışdır. İki cəmiyyət və qabaqcıl iqtisadiyyat arasındakı birbaşa dialoqun başlanğıcı Yaxın Şərqdə müsbət bir transformasiya gətirəcəkdir, həm də bölgədə sabitliyin, təhlükəsizliyin və rifahın artmasına səbəb olacaq.
Trump Bəhreynin İsrail ilə münasibətləri normallaşdırmaq barədə razılığını Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə və İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon görüşməsindən sonra bir Twitter mesajında elan edib.