ABŞ-ın sanksiyaları Livan reallıqlarını dəyişə bilməz
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367159-abŞ_ın_sanksiyaları_livan_reallıqlarını_dəyişə_bilməz
ABŞ-ın müqavimətə qarşı sanksiyaları Livan reallıqlarını dəyişə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2020 03:42 Asia/Baku
  • ABŞ-ın sanksiyaları Livan reallıqlarını dəyişə bilməz

ABŞ-ın müqavimətə qarşı sanksiyaları Livan reallıqlarını dəyişə bilməz.

Səhər Azəri bildirir ki, bunu Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasım söyləyib. 

RT telekanalına verdiyi müsahibədə bu məqama toxunan Şeyx Nəim Qasım ABŞ-ın Livana qarşı sanksiyalarını "aşkar təcavüz" adlandırıb. 

Hizbullahın baş katib müavini əlavə edib: ABŞ-ın sanksiyaları işğal edilmiş ərazilərinin azad olunmasını istəyən Livan xalqının iradəsinə təsir göstərə  bilməz. Livan heç vaxt ABŞ-ın diktə etdiyi siyasətlərə təslim olmayacaq. ABŞ-ın sanksiyaları Livan müqaviməti və müttəfiqlərinin daha qətiyyətli olmasına səbəb olacaq. 

ABŞ-ın öz muzdlularına ümidini itirdiyi üçün sanksiya siyasətinə üz tutduğunu deyən Şeyx Nəim Qasım əlavə edib: Onlar bilməlidirlər ki, sanksiyalar Livan xalqının iradəsinə təsir etməyəcək. 

Şeyx Nəim Qasım Hizbullahın Suriyadakı iştirakına gəlincə deyib: Hizbullah 2017-ci ilin sonlarından öz qüvvələrini Suriyadan çıxardıb. Çünki, artıq onlara ehtiyac qalmayıb.