Bəhreyndə gecə etiraz aksiyası keçirilib+Video
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367228-bəhreyndə_gecə_etiraz_aksiyası_keçirilib_video
Bəhreyndə keçirilən etiraz aksiyasında Ali-Xəlifə rejimi ilə işğalçı İsrail rejimi arasında diplomatik əlaqələrin qurulmasına qarşı şüarlar səsləndirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2020 02:53 Asia/Baku

Bəhreyndə keçirilən etiraz aksiyasında Ali-Xəlifə rejimi ilə işğalçı İsrail rejimi arasında diplomatik əlaqələrin qurulmasına qarşı şüarlar səsləndirilib.

Səhər Azəri bildirir ki, şənbə günü Bəhreynin müxtəlif məntəqələri o cümlədən paytaxt Manamada Ali-Xəlifə rejimi ilə işğalçı İsrail rejimi arasında diplomatik əlaqələrin qurulmasına etiraz olaraq aksiyalar keçirilib. 

Əl-Cəzirə Mübaşir informasiya kanalının məlumatına görə, əllərində üzərinə ABŞ və İsrail əleyhinə şüarlar yazılmış plakatlar daşıyan aksiya iştirakçıları Fələstin ilə öz həmrəyliklərini elan ediblər.