Sen 15, 2020 11:45 Asia/Baku
  • Məhəmməd Əştiə: Ərəb Liqası təfriqə və xəyanətin amilidir.

Fələstin özünü idarə hökumətinin baş naziri, BƏƏ və Bəhreynin sionist rejimlə münasibətləri normallaşdırmaq üçün müqavilənin imzalanmasını, ərəb millətinin tarixindəki qara ləkə və Ərəb Liqasının məğlubiyyəti hesab edib.

SəhərAzəri xəbər verir, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Əştiə bu sözləri Əl-Məyadin telekanalı vasitəsilə yayimlanan bir bəyanatda deyib. O əlavə olaraq bildirib: Fələstin İdarəetmə Şurası, qərarlarının və qurulmuş prinsiplərinin açıq şəkildə pozulması qarşısında susan Ərəb Liqası ilə münasibətləri islah etməyi düşünür.
Əştiyə bu barədə deyib: Ərəb Liqası artıq bir birlik amili deyil, ərəb həmrəyliyinin bölünməsi və məhvi amilinə çevrilib.

Teqlər