Sen 18, 2020 22:51 Asia/Baku
  • Türk ordusu Dohukun şimalındakı Əl-Emadiya kəndini atəşə tutdu

Türk hərbi qüvvələrinin Duhok şəhərinin şimalında etdiyi hücumlari səbəbindən, şəhərin ətrafında geniş əkinçilik ərazilər yanıb.

SəhərAzəri xəbər verir, İctimai fəal"Pərvin Pərvari" Şafaq News-la musahibəsində deyib: “Türk ordusu bu səhər Düşka ilə Əl-Emadiyah kəndini atəşə tutub. Türk ordusunun ağır artileriya atəşi nəticəsində kəndə baxan Şarani dağlarında yerləşən əkinçilik sahələri və meşələrin bir çox hissəsində yanğınlar baş verib.
Türk təyyarələri və artileriyası, Kürdüstan Fəhlə Partiyasını hədəf almaq bəhanəsi ilə 21 iyul 2020-ci ildən bəri İraq Kürdüstanının sərhəd bölgələrini hədəfə alır.
Bu hücumlar Kürdüstan Bölgəsi daxilindəki sərhəd kəndlərində insan tələfatı və maddi ziyana səbəb olub. İraq hökuməti də, hücumları qınamaq üçün Türkiyənin Bağdaddakı səfirini bir neçə dəfə çağırıb.

Teqlər