Netanyahunun iqamətgahı önündə aksiya keçirilib + Video
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367535-netanyahunun_iqamətgahı_önündə_aksiya_keçirilib_video
Minlərlə israilli istefa tələbi ilə Netanyahunun iqamətgahı önündə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2020 10:02 Asia/Baku

Minlərlə israilli istefa tələbi ilə Netanyahunun iqamətgahı önündə aksiya keçirib.

Səhər Azəri bildirir ki, İsraildə koronavirus pandmeiyası ilə mübarizə çərçivəsində məhdudiyyətlərin tətbiq edilməsinə rəğmən minlərlə nəfər artıq 13-cü həftədir ki, küçələrə axın edərək, baş nazir Bemnyamin Netanyahunun iqamətgahı önündə aksiya keçirib, istefa verməsini tələb edir. 

İctimai hərəkatlarla bağlı informasiyalar yaymaqla məşğul olan "Anonyme Citoyen" qrupu Tvitter hesabında yazır: Aksiya iştirakçıları Netanyahunu  "COVİD-19" virusunun önlənilməsi istiqamətində və koronavirus pandemiyası ilə mübarizədə səhlənkarlığa yol verməkdə ittiham edirlər. Onlar həmçinin, korrupsiya işi ilə əlaqədar baş nazirin istefa verməsini istəyirlər.