Yəmən ordusu strateji bölgələri geri aldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367625-yəmən_ordusu_strateji_bölgələri_geri_aldı
Yəmən ordusu Mərib şəhərində 2 strateji bölgəni husilərdən geri alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2020 06:08 Asia/Baku
  • Yəmən ordusu strateji bölgələri geri aldı

Yəmən ordusu Mərib şəhərində 2 strateji bölgəni husilərdən geri alıb.

SəhərAzəri - bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Məribə bağlı Survah rayonunda Yəmən ordusu ilə husilər arasında şiddətli atışma olub. Orduya Səudiyyə liderliyindəki koalisiya qırıcıları da dəstək verib.

Nəticədə rayonda yerləşən 2 strateji bölgə geri alınıb. Əməliyyatlar çərçivəsində husilərdən çox sayda ölən və yaralananın olduğu deyilir.

Bundan başqa, Yəmən ordusu tərəfindən husilərin zirehli texnikaları ələ keçirilib, bir neçə əsgəri isə əsir götürülüb.