Okt 04, 2020 15:06 Asia/Baku
  • Suriyanın Əlbab şəhərində partlayış

Əlməyadin telekanalı bu gün səhər tezdən Suriyanın şimalında yerləşən Hələb vilayətinin Əlbab şəhərində bomba qoyulmuş bir avtomobilin partlamasından xəbər verib.

SəhərAzəri xəbər verir, Bu partlayış barədəki ilkin məlumatlar Türkiyənin dəstək verdiyi silahlı ünsürlərdən iki nəfərin ölməsi, yeddi nəfərin isə yaralanmasından söz açır.

Hələb vilayətinin şimalında yerləşən Əlbab şəhəri Türkiyə ordusunun və bu ölkənin himayə etdiyi terror qruplarının işğalı altındadır.

Türkiyənin qəsbkarlığının ardınca Suriyanın şimal şəhərləri vaxtaşırı bomba qoyulmuş avtomobil və motosikletlərin partlayışının şahididirlər.

Hazırda Suriyanın şimalındakı bəzi rayonlar Türkiyə ordusunun işğalı altındadır.

Türkiyə ordusu ötən üç il ərzində dəfələrlə Suriya torpaqalarına təcavüz edibdir.

Türkiyə Suriyadakı terror qruplarının əsas himayədarlarından biridir.

Türkiyənin Suriyanın şimalına təcavüzü beynəlxalq səviyyədə pislənibdir.

Teqlər