Okt 10, 2020 22:29 Asia/Baku
  • Qoşulmama Hərəkatı:

Qoşulmama Hərəkatına üzv ölkələr sionist rejimi Suriyanın işğal olunmuş Colan təpələrindən çıxmağa çağırıblar.

SəhərAzəri xəbər verir, Qoşulmama Hərəkatına üzv ölkələr bir bəyanat yayaraq, sionist rejimin işğal etdiyi Suriyaya məxsus Colan təpələrindən geri çəkilməsi vacibliyini vurğulayıblar.

Cümə günü virtual bir görüşdən sonra yayılan bəyanatın bir hissəsində deyilir: Bu hərəkatın üzvləri işğal olunmuş Colanın hüquqi, fiziki və demoqrafik quruluşunu dəyişməyə dair sionist rejimin bütün hərəkətlərini qınayır".

Bəyanata əsasən, İsrail rejimi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməli və işğal olunmuş Colan təpələrindən çıxmalıdır.

Sionist rejim 1967-ci il, Colan təpələrində Suriyanın təxminən 200 kvadrat kilometr ərazisini işğal edib və bir müddət sonra bu əraziləri Fələstinin işğal olunmuş ərazilərinə birləşdirib.

Beynəlxalq ictimaiyyət heç vaxt bu ilhaqı rəsmən tanımayıb.

BMT Təhlükəsizlik Şurası da bu ərazini işğal olunmuş ərazi adlandırıb.

Teqlər