Okt 13, 2020 08:10 Asia/Baku
  • Səud təcavüzkarlarının Yəməndəki cinayətləri davam edir

Təcavüzkar səud muzdlularının Yəmənin Ərəbistanla sərhəd bölgələrinə qarşı hücumunda bir neçə mülki şəxs ölüb və yaralanıbdır.

SəhərAzəri xəbər verir, Dünən təcavüzkar səud muzdluları tərəfindən Ərəbistan-Yəmən sərhədində yerləşən «Şəda» bölməsinin güllə və raket atəşlərinə tutulması nəticəsində bir yəmənli mülki şəxs ölüb, iki mülki isə yaralanıbdır.

Həmçinin dünən səud təcavüzkarlarının Yəmənin Təiz vilayətinin Zalə rayonunda yerləşən bir məktəbə qarşı artilleriya hücumunda bir uşaq ölüb, üç nəfər, o sıradan bir qadın və iki üşaq isə yaralanıbdır.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi hücum edərək, bu ölkəni hava, quru və dənizdən mühasirə edibdir.

Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olubdur.

Teqlər