Okt 13, 2020 15:55 Asia/Baku
  • Əl-Qaidə liderinin müavinlərindən biri Bağdadda həbs olundu

İraqın kəşfiyyat və təhlükəsizlik qüvvələri bu gün (13 oktyabr) Bağdadda Əl-Qaidə terror qruplaşması liderinin keçmiş müavinini həbs ediblər.

SəhərAzəri Deyerler-ə istinadla xəbər verir, “Baghdad Al-Youm” xəbər saytının verdiyi məlumata görə, İraq Federal Polisinin kəşfiyyat qüvvələri Əbu Musab əl-Zərqavinin müavinini paytaxtın Ər-Rəfaq məhəlləsində keçirdiyi xüsusi əməliyyatla tutmağı bacarıblar.

Əməliyyat Diyala vilayətindən axtarılan şəxs üçün xüsusi qrup yaradılaraq, pusquya salındıqdan sonra həyata keçirilib və Bağdadda ələ keçirilib. Həmin şəxs İŞİD terror qruplaşmaları ilə əməkdaşlıq etdiyi üçün Terrorla Mübarizə maddəsinin 4-cü maddəsi ilə axtarışa verilmiş və Diyala vilayətindəki Habhabda “Sui-qəsd dəstələri” bölməsində fəaliyyət göstərib.

İlkin dindirmələr zamanı, Diyala vilayətindəki azadlıq əməliyyatından əvvəl terror və cinayətkar qruplarla əməkdaşlıq etdiyini və Habhabda bir neçə İŞİD və Əl-Qaidə terror hücumlarında iştirak etdiyini etiraf edib. Bütün etirafları qeydə alınıb və cavabdeh tərəflərə təhvil verilib.

İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Əbdül Xaliq Əl-Əzzavi Al-Maloumah-a açqlamasında deyib ki, İŞİD terror qruplaşması son üç həftə ərzində xüsusi əməliyyatlarda dörd ən aparıcı liderini itirib.

Teqlər