Okt 14, 2020 08:25 Asia/Baku
  • Səud koalisiyası Əlhudəydədə atəşkəsi 316 dəfə pozub

Yəmənli mənbələr bu ölkənin qərbində yerləşən Əlhudəydə vilayətində atəşkəs razılaşmasının təcavüzkar səud koalisiyası tərəfindən geniş şəkildə pozulmasının davam etməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Yəmənin hərbi rəsmilərindən biri dünən gecə bu ölkənin Əlməsirə telekanalı ilə müsahibədə bildiribdir ki, səud təcavüzkarları və onların muzdluları ötən sutka ərzində Əlhudəydə vilayətində atəşkəsi 316 dəfə pozublar.

İsveçdə Səna və Ərriyaddan göndərilmiş heyətlər arasında əldə olunmuş «Əlhudəydə vilayətində atəşkəs» razılaşmasının icrası 2018-ci il dekabrın 18-dən başlanıb, amma səud koalisiyası hər gün onu pozur.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.

Teqlər