Okt 15, 2020 09:26 Asia/Baku
  • Ərəbistan insan haqları şurasında yer əldə etməkdə uğursuz qaldı

Səudiyyə Ərəbistanı insan haqları sahəsindəki qara keçmişinə görə, BMT-nin insan haqları şurasında yer əldə etməkdə uğursuz qalıb.

SəhərAzəri xəbər verir, Ərəbistan BMT-nin insan haqları şurasına üzv olmaq üçün yalnız doxsan səs toplayıb, halbuki bu şurada yer əldə etmək üçün 193 ölkənin nümayəndələrindən ibarət olan BMT Baş Assambleyası üzvlərinin səslərinin üçdə iki hissəsini əldə etmək tələb olunur.

Human Rights Watch təşkilatı səsvermənin nəticəsini alqışlayıb və bir tvitt-də yazıb: Ərəbistanın insan haqları şurasında yer əldə etməkdə uğursuz qalması bu repressiv rejimin qurbanları üçün bir qələbə olaraq, BMT seçkilərində daha çox rəqabət zərurətini yada salır.

Bu seçkilər BMT-nin insan haqları şurasının on beş yerinə üzvlük üçün keçirilib və yeni seçilən şəxslər 2021-ci ildən 2023-cü ilədək olan dövr üçün BMT-nin insan haqları şurasının üzvləri olacaqlar.

Səudiyyə Ərəbistanının başçıları Yəməndə müharibə salmaqla yanaşı, siyasi fəallara işgəncələr verdiyinə görə, bir qrup müxalifə qarşı repressiya və məxfilikdə də ittiham edilir.

Pakistan BMT Baş Assambleyasında qəti əksəriyyət əldə etməklə yenidən BMT-nin insan haqları şurasının üzvü seçilibdir.

Teqlər