Okt 18, 2020 13:47 Asia/Baku
  • Livanlı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma

İnformasiya mənbələri 17 oktyabr inqilabının ildönümü günündə livanlı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmanın baş verməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Livan xalq hərəkatının fəalları 17 oktyabr inqilabının birinci ildönümü günündə Beyrutun mərkəzinə toplaşaraq, bu ölkənin parlament binasına girməyə çalışıblar. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazla onlara mane olublar.

Livanlı etirazçılar sonra Beyrut limanında aksiya keçirərək, bu liman partlayışı qurbanlarının xatirəsi və simvolu kimi inqilab məşəlini alovlandırıblar. Onlar şüarlar verərək, müstəqil hökumətin təşkili, növbədənkənar parlament seçkilərinin keçirilməsi, islahatların aparılması, korrupsionerlərin və Beyrut partlayışı amillərinin mühakimə olunmalarına dair tələblərinə təkid ediblər.

Livan 2019-cu il 17 oktyabr tarixindən bəri xalq etirazlarının şahididir. Koronavirus epidemiyası və dörd avqust Beyrut partlayışı da bu ölkədəki iqtisadi böhranı artırıbdır.

Livanda ardıcıl böhranlar hökumətin kənara çəkilməsinə bais oldu və indiyədək siyasi qruplar yeni hökumətin təşkili barədə bir razılığa çata bilməyiblər.

Teqlər