ABŞ məzhəb ayrıseçkiliyi ilə İraqı bölməyə çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i368706-abŞ_məzhəb_ayrıseçkiliyi_ilə_İraqı_bölməyə_çalışır
İraq mənbələri ABŞ-ın İraqın regional bölgüsü planını həyata keçirmək üçün, məzhəb ayrıseçkiliyi yaratmağa çalışdığını söyləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2020 17:12 Asia/Baku
  • ABŞ məzhəb ayrıseçkiliyi ilə İraqı bölməyə çalışır

İraq mənbələri ABŞ-ın İraqın regional bölgüsü planını həyata keçirmək üçün, məzhəb ayrıseçkiliyi yaratmağa çalışdığını söyləyir.

SəhərAzəri xəbər verir, İraq mənbələri ABŞ-ın İraqın regional bölgüsü planını həyata keçirmək üçün, məzhəb ayrıseçkiliyi yaratmağa çalışdığını söyləyir. Əl-Malum agentliyi İraq mənbələrinə istinadən bildirir ki, İraqın şimalındakı Ərbil əyalətində "sünni bölgəsi" yaratmaq üçün Ənbar şeyxlərinin iştirakı ilə ABŞ tərəfindən idarə olunan yığıncaqlar keçirilib.

Bəzi şeyxlər İraqın bölünməsini pisləyərək, bunu İraq xalqının yaxşı bildiyi, məqsədlərə çatmaq üçün ABŞ-ın amansız sui-qəsdi adlandırıb və hər hansı bir başlıq altında ölkələrinin bölünməsinə qarşı çıxıb. İraq mənbəyinə görə, ABŞ-ın İraqdakı görüşləri "Millətin Birliyi" adlı humanitar təşkilatlar şəklində olur, lakin daxili məqsəd İraqı bölməkdir.