Okt 23, 2020 14:01 Asia/Baku
  • Yəmən tankerlərinin müsadirəsi və bu ölkədə yanacaq böhranı davam edir

Yəmənin Milli Neft Şirkətinin baş direktoru bu ölkə tankerlərinin səud koalisiyası tərəfindən müsadirəsinin və yanacaq böhranının davam etməsini bildirib.

SəhərAzəri Əl-Məsirə kanalına istinadla xəbər verir ki, Yəmənin Milli Neft Şirkətinin baş direktoru Əmmar Əl-Əzrəyi deyib: "Səud koalisiyası Yəmənin 15 tankerini elə bir halda saxlayıb ki, onlar Cibuti də dəqiq şəkildə yoxlanıb və BMT onların buraxılmasına icazə verib.

Əl-Əzrəyi Yəməndə yaşanan yanacaq böhranı üçün BMT və səud koalisiyasının məsuliyyət daşıdığını bildirib və əlavə edib: "Bu koalisiya dəniz quldurluğu, yanacaq tankerlərini dayandırmaq və Yəmən vətəndaşlarının xərclərini artırmaqla bu ölkədə çətin şərait yaradıb.

Yəmən son beş ildə səud koalisiyası tərəfindən hərtərəfli blokada səbəbindən yanacaq və ərzaq məhsullarının kəskin çatışmazlığı ilə üzləşib. 

Teqlər