Noy 09, 2020 18:34 Asia/Baku
  • Bağdadın qərbində İŞİD hücumu

Bazar ertəsi səhər İŞİD terror qruplarının ünsürləri İraqın paytaxtı Bağdadın qərbinə hücum ediblər.

SəhərAzəri xəbər verir, İŞİD terror qruplaşmasının amilləri Bağdadın qərbindəki əl-Rezvaniya bölgəsində yerləşən İraq ordusunun gözətçi qüllələrinə hücum edib. Bu hücumda ən azı 11 nəfər ölüb.
İŞİD terror qruplaşmasının İraqda məğlub olmasına baxmayaraq, bu terror qruplaşmasının bir sıra üzvləri hələ də ölkənin müxtəlif bölgələrində olaraq, ara sıra terror aktları həyata keçirirlər.
Xatirladaq ki, 2014-cü ildə İŞİD terror qruplaşması, ABŞ-ın və Səudiyyə rejimi də daxil olmaqla, onun Qərbi və ərəb müttəfiqlərinin maliyyə və hərbi dəstəyi ilə İraqa hücüm edərək, bu ölkənin şimal və qərbində böyük əraziləri işğal etdi və saysız-hesabsız cinayətlər törətdi. Bunun ardınca İraq İrandan terrorla mübarizədə Bağdada kömək etməyə yardım ustədi. 17 Noyabr 2017-ci ildə İraq qüvvələri, İran İslam Respublikası müşavirinin köməyi ilə Əl-Ənbar əyalətində (İraqın qərbində) yerləşən Ravə şəhərini (İraqın son İŞİD bazası) azad etməyi bacardılar. Bu şəhərin azad edilməsi ilə İŞİD-in İraqdakı işi praktik olaraq sona çatıb.

Teqlər