Suriya xarici işlər naziri vəfat edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i369613-suriya_xarici_işlər_naziri_vəfat_edib
Medialar Suriyanın baş nazirinin müavini və xarici işlər naziri Vəlid Əl-Müəllimin vəfat etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2020 04:28 Asia/Baku
  • Suriya xarici işlər naziri vəfat edib

Medialar Suriyanın baş nazirinin müavini və xarici işlər naziri Vəlid Əl-Müəllimin vəfat etməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi bu gün səhər saatlarında bu ölkənin Xarici İşlər Nazirliyinə istinadən Vəlid Əl-Müəllimin vəfat etməsi xəbərini elan edib. 

O, 2006-cı ildəb bəri Suriyanın xarici işlər naziri vəzifəsində çalışıb.

79 yaşlı Əl-Müəllim, həmçinin on il müddətinə ölkəsinin ABŞ-da səfiri olubdur.

Bu haqda daha ətraflı məlumat verilməyib.