"Fəth" koalisiyası rəsmisi ABŞ-ın İraqdan çıxarılacağını qeyd etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i369715-fəth_koalisiyası_rəsmisi_abŞ_ın_İraqdan_çıxarılacağını_qeyd_etdi
İraq parlamentinin "Fəth" koalisiyası nümayəndəsi Fazil Cabir ölkədəki ABŞ hərbi qüvvələri ilə bağlı açıqlama verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2020 08:08 Asia/Baku

İraq parlamentinin "Fəth" koalisiyası nümayəndəsi Fazil Cabir ölkədəki ABŞ hərbi qüvvələri ilə bağlı açıqlama verib.

SəhərAzəri Eastnews-a istinadən xəbər verir ki, Fazil Cabir açıqlamasında bildirib ki, İraqın Kürd Regionu də daxil olmaqla bütün ərazilərdəki ABŞ hərbi qüvvələri parlamentin qərarına uyğun olaraq ölkəni tərk etməlidirlər.   "Onlara bütün xəbərdarlıqlar edilib. Bu günə qədər ölkədəki büdcə və digər məsələlər İraq parlamentinin gündəmini məşğul edib. Lakin artıq bu məsələ gündəmimizdə daha çox olacaq", - deyə deputat qeyd edib.   O diqqətə çatdırıb ki, İraqda terror aktları törədən və ölkə suverenliyinə təhdid olan ABŞ hərbi qüvvələrinə qarşı dözümlü olmaq mənasızdır.