Noy 27, 2020 18:18 Asia/Baku
  • Qərb sahilində fələstinlilərin mənzillərinin dağıdılması davam edir

Sionist rejimin məsul şəxsləri bir daha fələstinlilərin işğal olunmuş qərb sahilində yerləşən mənzillərindən bir hissəsini dağıdıblar.

SəhərAzəri - Dağıdılan mənzillər İordan çayının qərb sahilindəki qədim Əlfəzail kəndində yerləşibdir. Nəticədə bölgədə yaşayan onlarla fələstinli didərgin düşüb.

Kənd şurası bildiribdir ki, qəsbkar qüvvələr öncədən xəbər vermədən buldozer və bir qrup sionist həbrçi ilə kəndə basqın ediblər.

Əlfəzail kəndi Əriha şəhərinin sərhədlərində yerləşir. Kəndin təqribən iki min beş yüz nəfər sakini var. Kənd sakinlərinin əksər hissəsi əkinçiliklə məşğul olur.

Teqlər