Bəhreyn kralının nümayəndəsi gizli şəkildə Əl-Əqsa məscidinə daxil olub
Bəhreyn kralının nümayəndəsi bir neçə nəfərlə birlikdə fələstinlilərin qorxusundan gizli şəkildə Əl-Əqsa məscidinə daxil olub.
SəhərAzəri xəbər verir, Fələstin İnformasiya Mərkəzindən verilən məlumata görə, Bəhreyn kralının nümayəndəsi Xalid Ali Xəlifə dünən gecə sionist rejim ordusuna məxsus radio ilə müsahibədə deyib: "Cümə günü gecə saatlarında bir neçə nəfərlə birlikdə saxta ad və ünvanlarla Əl-Əqsa məscidinə daxil olub və fələstinlilərin qorxusundan kimliyini açıqlaya bilməyib".
Bəhreyn kralının nümayəndəsi vurğulayıb: "Əgər kim olduqlarını açıqlasaydılar, fələstinli namaz qılanlar onlara Əl-Əqsa məscidinə daxil olmağa icazə verməyəcəkdilər və onları quvalayacaqdılar".
Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərindən olan bir heyət də Əl-Əqsa məscidinə daxil olduqdan sonra fələstinli namaz qılanlar tərəfindən qovulub.
Qeyd edək ki, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri sentyabrın 25-də Fələstin xalqının amallarına zidd olaraq, Ağ Evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə sionist rejimlə münasibətləri normallaşdırmaq barədə razılaşma imzalayıblar.
Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin bu hərəkəti fələstinlilərin və hətta İslam və ərəb xalqların geniş etirazı ilə üzləşib və onlar bu razılaşmanı Fələstin amalına və İslam müqəddəslərinə, xüsusilə də Əl-Əqsa məscidinə xəyanət kimi dəyərləndiriblər.