Dek 18, 2020 09:01 Asia/Baku
  • Hizbullah gündə 4000 raket ata bilər

Livanin Hizbullah hərəkatının yüksək raket gücünü tanıyan Sionist rejiminin qəzeti, bu müqavimət qrupunun gündəlik 4000 raket və mərmi atmaq gücündə olduğunu yazıb.

SəhərAzəri xəbər verir, Livanin Hizbullah hərəkatının yüksək raket gücünü tanıyan Sionist rejiminin qəzeti, bu müqavimət qrupunun gündəlik 4000 raket və mərmi atmaq gücündə olduğunu yazıb. Yerusalım Post qəzeti, Livannın Hizbullah hərəkatını Sionist rejimi üçün ciddi təhdid adlandıraraq, bu müqavimət qrupunun yüksək raket potensialını qeyd edib.

Sionist rejiminin təqaüddə olan polkovniki Eli Bar-Onom qəzetdə yazdığı məqalədə, Hizbullahın Sionist rejimi ilə yaxınlaşan istənilən müharibədə 4.000 raket və mərmi atmaq gücündə olduğunu qeyd etdi. Hizbullah 2006-cı ilin 33 günlük müharibəsində 4000 mindən az raket atdığı halda, bu gün onun raket gücü dünya ordularının 95% raket gücünü üstələyir. Sionist rejiminin hərbi mütəxəssisləri, Hizbullahın hal-hazırda müqavimət qrupunun Sionist rejiminin hərbi mövqelərinə və ya strateji nöqtələrinə dəqiq zərbə endirməsinə imkan verən, onlarla yüksək dəqiqlikli raketlərə sahib olduğunu söyləyir.

Bar-Onom qeyd edib: "Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah dəfələrlə Sionist rejiminin Dimona nüvə stansiyasını hədəfə almaq üçün uzun mənzilli raketlərdən istifadə etməklə təhdid edib və bu təhlükəni aradan qaldırmaq İsrail rejiminin əsas prioritetidir. İran və Hizbullah yer-hava raketlərini inkişaf etdirmək üçün böyük səylər göstərir".

Sionist rejiminin təqaüddə olan polkovniki 2006-cı il müharibəsindən danışaraq, Hizbullahın raket arsenalının çox zəif olduğu zaman, endirdiyi raket zərbələri nəticəsində 300.000 insanı işğal altındakı əraziləri tərk etməyə məcbur etdiyini söyləyir.

Teqlər