Dek 19, 2020 19:07 Asia/Baku
  • Onlarla fələstinli sionist hərbçilərinin hücumu nəticəsində yaralanıb

İordan çayının qərb sahilində onlarla fələstinli nümayiş zamanı, sionist hərbçilərinin hücumu nəticəsində yaralanıb.

SəhərAzəri xəbər verir, sionist rejiminin ordusu cümə günü, Ramallahın şimal-şərqindəki Əl-Muğayir kəndində, sionistlərin davam etdirdiyi qanunsuz məskunlaşma tikintisinə qarşı dinc etiraz edərək yürüş keçirən fələstinlilərə hücum edib.
Kafr Malik kəndində sionist rejiminin hərbçiləri ilə fələstinlilər arasında baş verən qarşıdurmalar zamanı gənc fələstinli yaralanıb. Sionist hərbçiləri, həmçinin Ras əl-Tin bölgəsindəki fələstinlilərin dinc yürüşünə hücum edib. Əl-Xəlil şəhərində fələstinlilər işğalçı rejimin qüvvələri ilə toqquşma zamanı, onlarla fələstinli gözyaşardıcı qazdan zərər çəkib. sionist rejiminin qüvvələri, eyni zamanda Sələfiyə şəhərində fələstinli vətəndaşların həftəlik dinc yürüşünə də hücum edib.

Teqlər