Sionist rejimin ən təhlükəli casus proqramı aşkar edilib
Əl-Cəzirənin "Böyük Sir" teleproqramı sionist rejiminin qabaqcıl dinləmə proqramlarından istifadə edərək jurnalistlərin və siyasi fəalların mobil telefonlarına nəzarət etməsini ifşa edib.
SəhərAzəri xəbər verir, Qətərin Əl-Cəzirə telekanalı sənədli filmdə bir sıra ərəb ölkələrinin, xüsusən Birləşmiş Ərəb Əmirliklərinin sionist rejiminin proqram təminatından istifadə edərək, mobil telefonları elektron sındırma halları ifşa edilib. Əl-Cəzirənin "Böyük Sir" teleproqramı sionist rejiminin qabaqcıl dinləmə proqramlarından istifadə edərək jurnalistlərin və siyasi fəalların mobil telefonlarına nəzarət etməsini ifşa edib.
Araşdırma zamanı, BƏƏ-nin sionist rejiminin casus proqramı və telefon dinləmə texnologiyası şirkətləri ilə nəhəng investisiya müqavilələrini ortaya çıxıb. Proqram çərçivəsində Kanada tədqiqat institutu ilə birlikdə, telefon danışıqları və cib telefonu nəzarəti haqqında ətraflı məlumat əldə etmək mümkün olub. Əl-Cəzirə müxbirinin bildirdiyinə görə, sionist rejiminin hazırladığı proqram cihaz sahibinin şübhəli işarəni təsdiqləmədən, danışıqlarını izləməyə imkan verir. Casus tətbiqetməsi smartfona gələn anonim telefon zənginə cavab vermədən, həmin telefonu sındırmağa imkan verir. Bu casus texnologiyası sionist rejiminin “NSO” kiber təhlükəsizlik şirkəti tərəfindən yaradılıb. sionist rejiminin “NSO” casus proqramının prototipinin qiyməti 3 milyon dollar məbləğində ola bilər.