İşğal olunmuş ərazilərdə parlamentin buraxılması ilə siyasi böhran davam edir
Sionist rejimin parlamenti Knesset bu gün rəsmi şəkildə burxılmasını elan edib, beləliklə də Fələstinin işğal olunmuş əraziləri iki il müddətində 4-cü dəfə olaraq, parlament seçkilərinin keçirilməsinin şahidi olacaq.
SəhərAzəri xəbər verir, sionist rejim parlamentinin buraxılmasının əsas səbəbi bu rejimin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası ilə bu rejimin müharibə naziri Benni Qantzın rəhbərlik etdiyi "Mavi və Ağ" partiyasının büdcə layihəsi ilə bağlı razılığa gələ bilməməsidir.
Gantz bazar ertəsi günü Twitter-də yazıb: " Netanyahu təkcə məhkəməyə getməsin deyə sionistləri seçkilərə doğru sürükləyir".
Benyamin Netanyahu son aylarda dörd korrupsiya işləri üzrə ittiham olunub. Bu cinayət işləri medialarda mininci, iki mininci, üç mininci və dörd mininci işlər kimi tanınıbdır.
Mininci adı ilə tanınan cinayət işi Netanyahunun zəngin iş adamlarından aldığı hədiyyələrlə əlaqədardır.
İkinci cinayət işi sionist rejimin baş naziri ilə "Yediot Ahronot" qəzetinin sahibi arasında rəqib qəzet "İsrail Hayom"ə təzyiq göstərmək müqabilində nazirlər kabinetindəki xəbərləri daha yaxşı işıqlandırmağa dair razılaşma ilə əlaqədardır.
Üçüncü cinayət işində Netanyahu, Almaniyadan nüvə sualtı qayıqlarının alınması məsələsində sövdələşmədə günahlandırılır.
Dördüncü cinayət işində Netanyahu "Bezeq" şirkətinin sahibi Şaul Eloviçə milyonlarla dollar kredit verməkdə ittiham olunur.
Sionist rejimin baş prokuroru fevralın sonunda Netanyahuya qarşı üç ayrı-ayrı rüşvət almaq, dələduzluq və etimada xəyanət işləri üzrə cinayət ittihami irəli sürüb.
Netanyahu cinayət istintaqı və dindirmə ilə üzləşən ilk sionist başçısı deyil. Sionist rejimin başçıları arasında əxlaqsızlıq və korrupsiya yayğındır.