Bağdad ABŞ-ın İraq vətəndaşlarının qatillərini əfv etməsini pisləyib
Bağdad Amerikanın, 2007-ci ildə İraq vətəndaşlarının qətlində əlləri olmuş şəxsləri əfv etməsini pisləyib.
SəhərAzəri xəbər veriri ki, İraq xarici işlər nazirliyi Donald Tramp hökumətinin 2007-ci ildə İraq vətəndaşlarını kütləvi şəkildə qırğın etmək üstündə məhkum edilən Amerikanın "Bləkvater" şirkətini əfv etməsinə mənfi reaksiya verib.
İraqın Xarici İşlər Nazirliyi çərşənbə günü Amerika hökumətinin bu hərəkətinə cavab olaraq bir bəyanat yayıb və bildirib ki, bu qərarda qeyd olunan cinayətin təhlükələri və nəticələrinə məhəl qoyulmayıb və təəssüfləndirici formada onun qurbanlarının ləyaqəti tapdanıbdır.
İraqın Xarici İşlər Nazirliyi vurğulayıbdır ki, diplomatik kanallarla Vaşinqtonu öz qərarına yenidən baxmağa məcbur edəcəkdir.
ABŞ prezidenti çərşənbə günü səhərçağı 2007-ci ildə iraqlı mülkiləri qırğın etdiklərinə görə məhkum edilmiş dörd amerikalı hərbçi, həmçinin respublikaçılar partiyasına yaxın olan bir neçə nəfər də daxil olmaqla on beş nəfərin bağışlanması barədə göstəriş veribdir.