Dek 26, 2020 20:33 Asia/Baku
  • Fələstin BMT Təhlükəsizlik Şurasını cinayətkar qəsəbə sakinlərinin qarşısında dayanmağa çağırıb

Fələstinin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını sionist qəsəbə sakinlərinin Fələstin xalqına qarşı cinayətlərini dayandırmağa çağırıb.

SəhərAzəri "Ərəb 48" portalına istinadən xəbər verir, Fələstinin Xarici İşlər Nazirliyi cümə günü bir bəyanat yayaraq, vurğulayıb: "Sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı cinayətləri təkcə onları qorxutmaq və incitmək məqsədi daşımır, həmdə bu təcavüzlər sionist qəsəbələrini genişləndirmək məqsədi ilə fələstinlilərin ərazilərini müsadirə etmək üçün onların müstəmləkəçi və ekspansionist planları ilə əlaqədardır".

Bəyanatda deyilir: Tripoli şəhərinin cənub, cənub-qərb və cənub-çərqindən tutmuş Qərb sahilinin bölgələrinə qədər geniş bir ərazisini hədəfə almaqdan məqsəd sionist qəsəbə sakinləri üçün yaşayış məntəqələri yaratmaq, ayrı-ayrı sionist sakinli bloklar yaratmaq və bu yaşayış məntəqələrini Fələstinin işğal olunmuş ərazilərinə birləşdirməkdir.

Fələstinin Xarici İşlər Nazirliyi belə bir hərəkətlərin Qüdsün paytaxtlığı ilə müstəqil və suveren bir Fələstin hökumətinin yaranması üçün istənilən fürsəti əngəllədiyini bəyan edərək, sionist rejim və ABŞ prezidenti Donald Trampın qəsəbə sakinlərinin cinayətləri, habelə müstəmləkəçi və ekspansionist planlarının nəticələri ilə bağlı məsuliyyət daşıdığını vurğulayıb.

Bəyanatda, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquq və insan haqları prinsiplərinin tətbiq edilməsi ilə bağlı rolunu və missiyasını yerinə yetirməsi, həmçinin Qərb sahilində qəsəbə salmaların qanunsuzluğu və qəsəbə sakinlərinin cinayətlərinin dayandırılmasına dair 2334 saylı qətnaməni icra etməsi tələb olunub.

BMT Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də 2334 saylı qətnaməni təsdiq edərək, sionist rejimi işğal olunmuş Fələstin ərazilərindəki bütün qəsəbə salma fəaliyyətlərini dərhal və tamamilə dayandırmağa çağırıb.

Teqlər