Yan 07, 2021 11:13 Asia/Baku
  • Suriya HHM Dəməşq səmasında düşmən hədəflərlə mübarizə aparıb

Suriya mediaları cümə axşamı səhər tezdən bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin paytaxt Dəməşqin səmasında düşmən hədəflərlə mübarizə aparmasından xəbər veriblər.

SəhərAzəri xəbər verir, Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri Dəməşq səmasında bir neçə düşmən hədəfin izinə düşərək, onları məhv ediblər.

Hələ ki, bu olay barədə artıq detallar verilməyibdir.

Sionist rejim daima terrorçulara dəstək üçün Suriyanın infrastrukturları və ordusunun mövqelərini hədəfə alır.

Teqlər