Fələstinin işğalı başladığı gündən 100.000 fələstinli şəhid olub
Yan 08, 2021 11:18 Asia/Baku
7 yanvar tarixi 1969-cu ildə “Fələstinli şəhid günü” adlandırılıb.
SəhərAzəri Deyerler-ə istinadən xəbər verir, Fələstinin Wafa rəsmi xəbər agentliyi Nəqbə günündən (1948-ci il) etibarən 2020-ci ilin sonunadək 100.000 fələstinlinin şəhid olduğunu, onlardan 11.000 nəfərin ikinci intifadada (2000-2005) həlak olduğu qeyd edib.
2014-cü ildə (51 günlük müharibə) 2240 fələstinli öldürüldü, onlardan 2.181 nəfər Qəzzadan idi. Şəhid sayı 2019-cu ildə 151, 2020-ci ildə 48 nəfərə çatıb.
Wafa informasiya agentiyi sionist rejiminin keçən il 13 fələstinli şəhidin cəsədini təhvil vermədiyini və rejimin saxladığı şəhid cəsədlərinin sayının 73 nəfərə çatdığını bildirib.