Təkfirçi və sionist terrorizm müttəfiqdirlər
Suriya xarici işlər nazirliyi vurğulayıb ki, işğalçı sionist rejimin Suriya ərazisinə yenidən təcavüz etməsi təkfirçi və sionist terrorizm arasında tam koordinasiyanın olduğunu göstərdi.
SəhərAzəri xəbər verir,Suriya xarici işlər nazirliyi bu gün BMT baş katibinə və bu təşkilatın Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı müraciətdə belə vurğulayıb: Sionist rejimin dövlət terrorizminin şiddəti Suriyanın Əlbadiyyə bölgəsində mülki nəqliyyat vasitələrinə hücum və terror qruplarının təcavüzlərilə bir zamanda artıbdır.
Nazirlik vurğulayıb: Bu məqsədyönlü təcavüzlərin davam etməsi indi hər zamandakından daha çox regionun təhlükəsizliyi və sabitliyini hədələyir ki, bu da qəbuledilməzdir.
Nazirlik həmçinin vurğulayıb: Sioinist rejimin təcavüzləri nəinki Suriya xalqını qorxutmur, əksinə işğal olunmuş Cövlan təpələrinin geri alınması və terrorizm üzərində qələbə üçün israr və təkidə səbəb olur.
Suriya xarici işlər nazirliyi sonra bildirib: Suriya bir daha təhlükəsizlik şurasından istəyir ki, ən mühüm bəndlərindən birinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması olan BMT nizamnaməsi çərçivəsində öz məsuliyyətini qəbul etsin.
Suriya həmçinin onu istəyir ki, yeni ilin başlanması sionist rejimin terror təcavüzlərinin təkrarlanmasının qarşısının alınması istiqamətində təcili və qətiyyətli tədbirlərin görülməsi üçün digər bir fürsət olmuş olsun.