Yan 13, 2021 20:19 Asia/Baku
  • AB sionist qəsəbə salmalarının dayandırılmasını vurğulayıb

Avropa Birliyinin Xarici İşlər Komissiyasının rəsmi nümayəndəsi bildirib ki, sionist rejim İordan çayının qərb sahilində sionist yaşayış məntəqələrinin tikintisini dayandırmalıdır.

SəhərAzəri xəbər verir, Avropa İttifaqının Xarici İşlər Komissiyasının mətbuat katibi Piter Stano çərşənbə günü bildirib ki, sionist rejimin İordan çayının qərb sahilində sionist yaşayış məntəqələri salması ilə bağlı İttifaqın sabit mövqeyi dəyişməyəcək və Təl-Əvivin bu hərəkəti beynəlxalq qanunlara əsasən, qanunsuzdur.

Sionist rejim bazar ertəsi günü İordan çayının qərb sahilində bir neçə yeni qəsəbənin salınmasından xəbər verdi.

İşğal olunmuş Fələstində bir insan hüquqları təşkilatı olan "indi sülh" hərəkatının bildirdiyinə görə, 2020-ci ildə işğal olunmuş İordan çayının qərb sahilindəki sionistsakinli komplekslərdə on iki min 159-dan çox yeni yaşayış obyekti salınıbdır ki, bu da 2012-ci ildən bəri ən çox saydır.

Beynəlxalq ictimaiyyət Fələstin torpaqlarında sionist qəsəbələrin salınmasını qanunsuz adlandırıb və sionist rejimdən bu işi dayandırmağı tələb edib.

Teqlər