İraqda bir gündə 3 ABŞ karvanı hücuma məruz qalıb
İraqda bir gündə 3 ABŞ karvanı hücuma məruz qalıb
İraqlı mənbələr bu gün (22 yanvar)ABŞ-ın üç hərbi təchizat karvanının İraqın Babil və Əl-Divaniyə vilayətlərində hədəfə alındığını bildirib.
SəhərAzəri Deyerler.org xəbər verir ki, “Saberin News” Telegram kanalının verdiyi məlumata görə, İraqın Əl-Divaniyə əyalətində ABŞ ordusunun maddi-texniki karvanına hücumu Əshabi Kəhf müqavimət qrupu tərəfindən həyata keçirilib.
Xəbərdə Əl-Divaniyə vilayətində baş verən hücumda, NATO qüvvələrinin üzvü olduğu düşünülən bir neçə ispaniyalı müşavirin yaralandığı bildirilir.
Saberin News, Babil vilayətində ikinci əməliyyatın həyata keçirildiyini və bu vilayətdə ikinci əməliyyatın da Əshabi Kəhf müqavimət qrupu tərəfindən edildiyini yazıb.
İraq mənbələri bu gün günortadan sonra cənub-şərqdəki Əl-Nasiriyə şəhərində daha bir ABŞ hərbi karvanının hədəfə alındığını və bu gün ərzində artıq üçüncü ABŞ karvanının hədəfə aldığını bildirib.