Yan 25, 2021 15:47 Asia/Baku
  • Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq istəyir

Ermənistanın eks-prezidenti, Qarabağdakı separatçı hərəkatın liderlərindən biri olmuş Robert Koçaryan yenidən siyasətə qayıdır

SəhərAzəri Dəyərlərə istinadən xəbər verir ki, Ermənistan KİV-ləri  bildiriblər , eks-prezident, Koçaryanın siyasətə qayıtmağa və gələcəkdə baş nazir postunu tutmağa razıdır.

“Koçaryan siyasi iddialarını xalqın onu dəstəklədiyini hiss etdikdən sonra göstərəcək. Hazırda o, həmin dəstəyin olmadığını söyləyib”-deyə mənbə açıqlayıb.

Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlmək üçün aktivləşib. Robert Koçaryanın yeni siyasi partiya yaratması ehtimalının yüksək olduğu xəbər verilir.

Teqlər