Yan 26, 2021 16:58 Asia/Baku
  • Ərəbistan büdcəsində maliyyə boşluğu

Məlumatlı mənbələr səudiyyə rejimi vəliəhdinin planları və ambisiyaları ucbatından bu rejimdə büdcə çatışmazlığı və maliyyə boşluğundan xəbər veriblər.

SəhərAzəri xəbər verir, həmin mənbələr bildiriblər ki, Ərəbistan Mərkəzi Bankının yeni baş direktoru Fəhd Əlmubarək bu ölkənin vəliəhdi Muhəmməd bin Salmanın iddialı layihələrinə ehtimal olunan dəstək ilə nağd pul ehtiyatları arasında tarazlıq yaratmaq sahəsində həssas və ağır bir vəzifəyə malikdir.

Bu mənbələrin bildirdiklərinə görə, ümumi daxili istehsalın on iki faizlik büdcə çatışmazlığını qeydə aldıran Səudiyyə Ərəbistanı bu kəsiri 2023-cü ilədək/ başlıca olaraq, ümumi investisiya fondu tərəfindən himayə olunan iqtisadiyyatı çeşidli etmək üzrə proqramlaşdırma ilə təmin etmək niyyətindədir.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısı kimi koronavirus pandemiyasından, həmçinin Yəmənə təcavüzdən sonra dərin iqtisadi durğunluqla üzləşibdir.

Teqlər