İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları tutulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372986-İraqda_xüsusi_əməliyyat_zamanı_İŞİd_terrorçuları_tutulub
İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları tutulub İraqın şimalındakı Kərkük əyalətində İŞİD terror təşkilatının bir neçə silahlısı tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2021 06:26 Asia/Baku
  • İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları tutulub

İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları tutulub İraqın şimalındakı Kərkük əyalətində İŞİD terror təşkilatının bir neçə silahlısı tutulub.

SəhərAzəri xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, ordu və federal polis Kərkükün cənubundakı Xavice ərazisində terrorçuluğa qarşı əməliyyatı keçirib.

Əməliyyatın gedişatında altı terrorçu tutulub, bununla yanaşı, İŞİD silahlılarının beş sığınacağı da məhv edilib.

Güc strukturlarının əməkdaşları əməliyyat zamanı həmçinin külli miqdarda silah və sursat ələ keçiriblər.

Qeyd edək ki, İraq qanunlarına əsasən terror təşkilatına üzv olmağa görə ölüm cəzası nəzərdə tutulur.