Fev 08, 2021 16:23 Asia/Baku
  • İraqda İŞİD sığınacaqları darmadağın edilib

İraqın şərqində, Diyala vilayətində Həşd Şəbinin qüvvələri İŞİD terror qruplaşmasının sığınacaqlarını məhv edib. İraqın şərqində Diyala əyalətində və İranla sərhəddə yerləşən Həşd Şəbi qüvvələri İŞİD terror qruplaşmasının gizləndiyi yerləri top atəşinə tutub.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Həft Hane bölgəsinin yüksəkliklərinə yaxın olan Aynul Samak kəndindəki İŞİD mövqeləri aşkar edildikdən sonra, İraq qüvvələri tərəfindən bombardman edilib. Həşd Şəbi qüvvələri son bir həftə ərzində, Diyala vilayətində terrorçuların təqib edilməsi və zərərsizləşdirilməsi əməliyyatları gücləndirilib. Ordu bu qüvvələrlə birgə bölgədə patrul xidmətini həyata keçirir.

 

Xatırladaq ki, çərşənbə axşamı Həft Hane bögəsində İŞİD terrorçuları ilə qarşıdurma zamanı Həşd Şəbi qüvvələrinin bir neçə üzvü şəhid olub. Həşd Şəbi qüvvələri İraq vilayətlərində, xüsusən də ölkənin şərqindəki Diyala vilayətində İŞİD terror qruplaşmasının qalıqlarının hücumlarının dəf edilməsində mühüm və təsirli rol oynayır.

Teqlər