ABŞ Suriyanın ən böyük neft yatağı ərazisində hava limanı inşa edir
Suriya kürd Demokratik Qüvvələri "Qəsəd" ABŞ-ın Deyrəz-Zor vilayətində yerləşən "Əl-Ömər" neft yatağı ərazisində bir hava limanı inşa etdiyini bildirib.
SəhərAzəri xəbər verir, Fars xəbər agentliyinin məlumatına görə, Kütləvi İnformasiya Vasitələri, ABŞ-ın dəstəklədiyi Suriya kürd Demokratik Qüvvələrinə bağlı "Həcin" Hərbi Şurasına istinadən qeyd ediblər ki, ABŞ bu ölkənin şərqində yerləşən Deyrəz-Zor vilayətindəki Əl-Ömər neft yatağı ərazisində aeroportun inşası üçün ilkin tədbirlərə başlayıbdır.
Əl-Ömər neft yatağı Suriyanın ən böyük neft yataqlarından biridir.
Suriyalı mənbələr iki həftə əvvəl də Suriyanın şimal-şərqindəki Əl-Həsəkənin ətrafında ABŞ qüvvələrinin hərbi baza inşa etdiyini bildiriblər.
ABŞ qüvvələri və Suriya Kürd Demokratik Qüvvələri (Qəsəd) Suriyanın Əl-Həsəkə və Deyrəz-Zor vilayətlərində yerləşən Əl-Cəzirə bölgəsindəki neft yataqlarının çoxunu işğal ediblər və bu ölkənin sərvətlərini talan edirlər.