Mart 04, 2021 19:52 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın «Kral Xalid» bazasına PUA hücumu edib

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, bu qüvvələrin PUA bölməsi Ərəbistanın «Xəmis Muşait» bölgəsində yerləşən «Kral Xalid» bazasındakı mühüm bir hədəfi nişan alıb.

SəhərAzəri xəbər verir, Yəhya Əlsəri bu gün səhərçağı bu PUA hücumundan xəbər verərək, əməliyyatın «Qasif K2» pilotsuz uçuş aparatından istifadə ilə həyata keçirildiyini bildirib. Qeyd edib ki, «Kral Xalid» bazasında nəzərdə tutulan hədəf diqqətlə vurulubdur.

Belə bir halda, səud koalisiyası iddia edib ki, yəmənli qüvvələrin bir ədəd pilotsuz uçuş aparatının izinə düşərək, onu məhv edibdir.

Yəmən ordusunun PUA bölməsi bazar günü də Əbha hava limanında səud qırıcılarının anqar-ını hədəfə almışdı.

Yəmən silahlı qüvvələrinin sözçüsü bu PUA hücumlarını təcavüzkar koalisiya tərəfindən həmin ölkəyə qarşı təcavüz və mühasirənin şiddətlənməsinə cavab adlandırıb.

Teqlər