Ənsarullah-ın «Kral Xalid» hava bazasına yeni hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374055-Ənsarullah_ın_kral_xalid_hava_bazasına_yeni_hücumu
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii bu qüvvələrin Ərəbistanın cənubundakı «Xəmis Muşait» şəhərində yerləşən «Kral Xalid» hava bazasına qarşı yeni hücumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2021 17:29 Asia/Baku
  • Ənsarullah-ın «Kral Xalid» hava bazasına yeni hücumu

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii bu qüvvələrin Ərəbistanın cənubundakı «Xəmis Muşait» şəhərində yerləşən «Kral Xalid» hava bazasına qarşı yeni hücumundan xəbər verib.

SəhərAzəri xəbər verir, Yəhya Əlsərii deyib: Yəmənin PUA bölməsi bu gün günortaçağı «Kral Xalid» hava bazasındakı mühüm və həssas mərkəzlərdən bir neçəsini hədəfə alıb.

O, vurğulayıb: Nəzərdə tutulan hədəflər diqqəqtlə vurulub. Bu hücum beş ədəd «Qasif K2» PUA-sı ilə həyata keçirilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Bu hücumlar Yəmən xalqına qarşı mühasirəyə və intensiv hücumlara cavab olaraq, həyata keçirilib.