Həzrət Ayətullahül-üzma Sistaninin ofisi Bəyanat verib
Həzrət Ayətullahülüzma Sistaninin ofisi bu gün səhər (şənbə) Papa Francisin Nəcəf Əşrəfdəki şiələrin Ali Mərcəi Təqlidi ilə görüşü ardınca rəsmi bir açıqlama verib.
SəhərAzəri xəbər erir ki, bəyanatda deyilir ki, iclasda mövcud dövrdə bəşəriyyətin üzləşdiyi çətinliklər və Allaha iman rolu və bu çətinliklərin öhdəsindən gəlmək üçün yüksək əxlaqi dəyərlərə bağlılıq araşdırıb.
Bəyanatda həmçinin bəyan edilirki, görüşdə müxtəlif ölkələrdə insanların əziyyət çəkməsi ,zülmə və yoxsulluğa, dini və fikri basqınlara məruz qalmaları və təməl azadlıqlardan məhrum olmaları xüsusilə ədalətli mühakimələrin olmaması, müharibədən, həmçinin şiddətdən və sanksiyalardan əziyyət çəkmələri, Fələstin ölkəsi daxil olmaqla bölgədəki İqtisadi və məcburi köçkünlüklər araşdırılıb.
Bəyanata görə, Ayətullah Sistani Fələstin mövzusundan (digər mövzulardan çox) xüsusilə və ətraflı şəkildə danışıb.
Ayrı-ayrı dinlərin davamçıları arasında hüquqlara hörmət və intellektual yanaşmalara əsaslanan bütün cəmiyyətlərdə ahəngdar dinc yanaşı yaşamaq üçün birgə səylərin vacibliyini vurğulayıb.
Ayətullah Sistani, İraqın mövqeyini , möhtəşəm tarixini və İraq xalqının böyüklüyünü,təqdirə layiq görüb və mövcud faciəvi vəziyyəti çox uzaq olmayan bir gələcəkdə dəf edəcəyinə ümidvar olduğunu bildirib.