Rusiya Suriyada İŞİD-in mövqelərini bombaladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374108-rusiya_suriyada_İŞİd_in_mövqelərini_bombaladı
Rusiya Suriyada İŞİD-in mövqelərini bombaladı
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2021 05:49 Asia/Baku
  • Rusiya Suriyada İŞİD-in mövqelərini bombaladı

Rusiya Suriyada İŞİD-in mövqelərini bombaladı

SəhərAzəri xəbər verir ki, Suriya İnsan Haqları Manitorinq Mərkəzinin (SOHR) saytında yerləşdirilən məlumata görə, Suriyanın qərbindəki Hmeymim aviabazasından qalxan Rusiyanın döyüş təyyarələri bölgədəki üç günlük sakitlikdən sonra Hələb, Hama və Lazkiyyə arasındakı bölgələrdəki 60 fərqli İŞİD mövqeyini və Şərqdəki Homs səhrasını hədəfə alıblar.

Xəbərdə qeyd edilib ki, İŞİD terrorçuları son bir ildə Suriya səhrasında mülki mövqelərə edilən bir sıra hücumlarda dörd neftçi, 11 çoban və kiçik bir qızı öldürüblər. Həmçinin son bir ildə Suriya və Rusiya orduları və müttəfiqlərinin hücumları nəticəsində 809 İŞİD terrorçusu öldürülüb.

İŞİD ünsürləri keçən ay Suriyanın şərqindəki ABŞ-ın işğalı altındakı bölgələrindən, xüsusilə Əl-Tanf bölgəsindən, Suriya ordusunun mövqelərinə və müttəfiq qüvvələrə bir neçə hücum təşkil etmiş və bu da Suriya ordusunun Deyr Əz-Zor ilə Homs arasındakı səhra bölgələrini təmizləmə əməliyyatı keçirməsinə səbəb olmuşdu.